13 İyul 2014 16:59
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon sakininin evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli bitki aşkarlanıb.

Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərdilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Rayonun Xalatala kənd sakini, 1947-ci il təvəllüdlü, Əhməd Ömər oğlu Şəfiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən yaşayış üçün istifadəyə edilməyən evin arxasından 25 metr aralı məsafədə, tərəvəz əkilən sahədə xiyar və lobya arxlarının arasında, xüsusi kultivasiya və aqrotexniki qaydada qulluq edilmiş, ümumi çəkisi 14 kq olan, hündürlüyü 50 sm-dən 2 m-ə qədər olan, narkotik tərkibli bitki hesab edilən 10 ədəd çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb. 67 yaşlı Əhməd Şəfiyevdən rayonu tərk etməmək barədə müvafiq izahat alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır./apa/


Müəllif:

Oxşar xəbərlər