14 İyul 2014 14:59
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Yusif Məhərrəmovun məhkəməsi başlayıb.

İttihama görə, ötən il avqustun 30-da Knyaz Knyazlı Bakı sakini Ceyhun Məqsədovu bıçaqlayıb. Hadisə “Xətai” metrostansiyası yaxınlığında baş verib. Yetkinlik yaşına çatmayan Ceyhun Maqsudov xəstəxanaya yerləşdirisə də, hadisədən üç gün sonra ölüb. Yusif Məhərrəmov da hadisənin iştirakçısı olub.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazılıq iclası olub. Məhkəmə baxışı iyulun 21-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər