15 İyul 2014 12:33
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qala-Pirallahı yolunda qeydə alınıb. Bakı şəhər sakinləri - 1963-cü il təvəllüdlü Telman Quliyevin idarə etdiyi “Zil” markalı və 1980-cı il təvəllüdlü Rəvan Mirəliyevin idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub.

Nəticədə Rəvan Mirəliyev hadisə yerində ölüb, sərnişini 1986-cı il təvəllüdlü Teymur Bayramov 3 saylı xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: