17 İyul 2014 09:30
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Seymur Əliyev Koroğlu metrostansiyanın üzərindəki asma körpüyə çıxaraq özünü atmaq istəyib. Lakin o, əraziyə cəlb olunan xilasedicilər tərəfindən xilas olunub. 20 yaşlı oğlanın intihar etmək niyyətinin qarşısı alınıb.

İlkin məlumata görə, Seymur Əliyev valideynləri ilə dalaşıb və özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: