17 İyul 2014 13:16
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda mənzildən xeyli miqdarda pul oğurlayan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Ruslan Hüseynovun evindən 2500 manat pul və qızıl əşyalar oğurlamış Lənkəran rayon sakinləri Mansur Mahmudzadə, Elşad Hüseynov, Məcid Əliyev, Faiq Əliyev tutulub, Seymur Rəhimov isə müəyyən edilib.

Ətraflarında aparılmış araşdırmalar zamanı, onların yanvarın 10-da Nəfisa Əliyevanın və aprelin 4-də Samirə Məmmədovanın evlərindən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər