18 İyul 2014 14:34
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bir həftə əvvəl baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Bərdə rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, iyulun 11-də, saat 17 radələrində Bərdə rayonuun ərazisində Xanərəb kənd sakini Mehman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

M.Məmmədovun xəstəxanaya yerləşdirilmiş sərnişini Mingəçevir şəhər sakini Rüstəm Paşayev dünən orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər