21 İyul 2014 12:33
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonu Qaragüvəndikli kəndinin ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tayon sakini Mahir Ənvərlinin idarə etdiyi “Changah” və Şamaxı rayon sakini Şıxməmməd Şıxməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

M.Ənvərlinin sərnişinlərindən həmyerlisi Mehriban hadisə yerində ölüb, özü və digər sərnişini, Beyləqan rayon sakini Fərid Nəzərov, habelə Ş.Şıxməmmədov və sərnişinləri, arvadı Sevinc, qızı Aysun və oğlu Ayxan xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: