26 İyul 2014 13:05
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nahid Malik oğlu Həmidova vətəndaş Emin Rəsul oğlu Musayev tərəfindən poçt vasitəsi ilə göndərilmiş bağlamaya baxış keçirilib.

Baxış zamanı orada olan 2 ədəd səsgücləndiricinin içərisində gizlədilmiş bir ədəd "Samsung" və bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər