31 İyul 2014 12:29
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Dövlət Yol Polisi İdarəsi İsmayıllıda yol polisinin keçirdiyi reyd zamanı yaranan insidentlə bağlı münasibət bildirib.


İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Əhməd Cəlilovla qaydaları pozan sürücü arasında heç bir insident qeydə alınmayıb.

Deyilənlərin ümumiyyətlə, həqiqəti əks etdirmədiyini bildirən K.Əliyevin sözlərinə görə, hadisə baş verən günü nə reyd keçirilib, nə də polislə sürücü arasında insident yaşanıb:

“Sadəcə, İsmayıllı rayon sakini Fuad Abdulov idarə etdiyi “QAZel” markalı avtomobili dayanacağa çırpıb və nəticədə dayanacağın şüşəsi sınıb. Əraziyə gələn İsmayıllı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkşaları müəyyən edib ki, hadisə sürücünün manevretmə qaydasını pozması səbəbindən baş verib”.

K. Əliyevi onu da bildirib ki, “QAZel”in sürücüsü Fuad Abdulov polis əməkdaşları tərəfindən qaydaları pozduğuna görə 40 manat cərimələnib.

Araşdırma aparılarkən F.Abdulovun spirtli içki qəbul etmədiyinə də aydınlıq gətirilib. Sadəcə bütün bunlar sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozulması səbəbidən baş verib.

Xatırladaq ki, mətbuatda bu gün yayılan məlumata görə, İsmayıllı rayon Dövlət Yol Polisi(DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov reyd zamanı Fuad adlı sürücünü saxlayıb. onlar arsında yaranan mübahisə zamanı polis rəisi sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəlilova bir neçə yumruq zərbəsi endirib. Polis rəisinin reyd zamanı içkili olduğu bildirilirdi.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər