31 İyul 2014 17:04
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 27 yaşlı oğlanı güllələməkdə təqsirli bilinən Əlişir Bəkirovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, bu ilin yanvarın 11-də Nəsimi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Ramil Novruzovun Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Əlişir Bəkirov tərəfindən öldürülüb. Hadisə “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən “Görüş” kafesinin arxasında baş verib. Kafedən çıxan 25 yaşlı Ramil Məhərrəm oğlu Novruzov naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Ə.Bəkirovun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş ov tüfəngi Ağsu rayon sakini, əmisi, əvvəllər məhkum olunmuş Xaliq Bəkirzadənin həyətində aşkar edilərək götürülüb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı avqustun 5-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər