25 Fevral 2018 20:54
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqrafşcom xəbər verir ki, X.Məmmədov küçəsindən Bakı şəhər sakini Elşən Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırılması barədə 36-cı polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Fərhad Salayev və Orxan Pirverdiyev saxlanılıblar.

Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Alı Mustafayev küçəsindən Ağsu rayon sakini Nizami Kərimliyə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Vəliyev saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov