Bakıda dələduzluqda təqsirləndirilən İradə Cəfərli və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
İradə Cəfərli 7 il 7 ay, Yeganə Məmmədova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, İradə Cəfərli evləri plana düşən “Sovetski” sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.
Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.
İradə Cəfərli Bakı Ağır Cinayətlər Məhkəməməsinin 2016-cı ildəki hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra ona şərti cəza verilib və azadlığa buraxılıb.
İtadə Cəfərli vətəndaşlara özünü hüquqşünas kimi təqdim edib.