16 Sentyabr 2014 20:16
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elvin Yaqubov Göyçay rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ləkçıplaq kənd sakini, 1985-ci il təvəllüdlü Hüseynov Natiq Salam oğlu Bakı şəhərində yaşayan dostu, 1986-cı il təvəllüdlü Əliyev Alim Malik oğlu ilə birgə həmin kənddə yaşayan əmisi, 1961-ci il təvəllüdlü Hüseynov Şahin Rizvan oğlunun mənzilinə gizli yolla pəncərədən daxil olaraq, 6400 manat oğurlayıb.

Ş. Hüseynovun hüquq-mühafizə orqanlarına müraciəti əsasında polis əməkdaşları tərəfindən oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib.

Evdən oğurluq edən şəxslər Bakıda tutularaq istintaqa təhvil veriliblər.

Onlar həmin pulun 300 manatını Bakıda xərclədiklərini bildiriblər. Qalan pullar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: