Astara rayonunda oğurluq hadisəsinin üstünün açılması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də rayon ərazisindəki evlərin birindən 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sərək kənd sakini Ç.Həziyev saxlanılıb.
Bundan başqa, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayevin evindən 440 qram marixuana aşkar edilərək götürülüb.
Daha bir əməliyyatı Laçın rayon polis şöbəsinin əməkdaşları keçirib. Polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini S.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Oxşar əməliyyat Kürdəmirdə də keçirilib.
Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dayıkazımlı kənd sakini S.Feyzullayevdən “İJ-57” markalı ov tüfəngi götürülüb.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.İbrahimov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilib.
Ətrafında aparılmış tədbirlərlə onun ayrı-ayrı şəxslərə məxsus 4 “KamAZ” markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.