Qazax rayonunda həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, bu 2000-cı il təvəllüdlü Nəsimi İsmayılovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
21:51
Qazax rayonunda gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, Qazax rayon Yuxarı Salahlı kənd sakini, 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu mübahisə zəminində ürəyə yaxın nahiyədən bıçaqlanıb.
O, bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalara başlanılıb.