Lənkəranda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 21-də saat 21 radələrində rayonun Xozmili kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın boğaz nahiyəsində arteriya damarını bıçaqla kəsib.
K. Əhmədova hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş C. Əhmədov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.