Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi ev 19-un qarşısında qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Həmid Sadıyev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Cinayəti törədən şəxsin müəyyən edilməsi üçün tədbirlər görülür.
Hacı Zeynalov