29 Aprel 2016 13:16
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com- xəbər verir ki, Məmməd İbrahimin vəkili Fariz Namazlı müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması, apelyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət verib.
Hakim kollegiyası vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı mayın 13-nə təyin olunub.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. O bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlayan cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.

Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər