Heç vaxt üzümü bərbərə qırxdırmıram. Birincisi, kiminsə mənim üzümü əlləşdirə-əlləşdirə qırxmağından xoşum gəmir. İkincisi də bərbərlərin avadanlığı gigiyenik qarantlı deyil. Hərəsinin cəmi-cümlətanı bir dənə pomozoku olur, kim gəldi üzünü onunla sabunlayırlar. Hələ sabunlamazdan əvvəl tükləri yumşaltmaq üçün dəsmalı qaynar suda isladıb adamın üzünü masaj eləyirlər. Baxırsan ki, o dəsmalın da üzü neçə üzlər görüb!
Üzümü ömrümdə bircə dəfə bərbərə qırxdırmışam, o da əlacsızlıqdan. Doxsanıncı illərin ortaları idi, qonaq olduğum bir rayonda təsadüfən toya getməli olduq. Uşaqlar dedi, yaxşı deyil, gedək, üzümüzü dəlləkdə qırxdıraq. Həmin dəm-dəstgahı onda görmüşəm.
Bərbər bayaq dediyim o bircə dəsmalını qaynar suda isladıb hər birimizin üzünü onunla övkələdi, hər birimizin üzünü yeganə pomozoku ilə də sabunlayıb qırxdı. Ancaq, insaf xatirinə deməliyəm ki,ülgücün ağzındakı lezvanıhər dəfədəyişirdi.
O biri dostları bilmirəm, mən öz təəssüratımı deyim. Dörd qatladığı dəsmalı üzümə sürtəndə burnuma odekalon-sabun qarışıq köhnə corab iyi gəldi. Eləbil, üzümü kiminsə iylənmiş corabları ilə masaj eləyirdi. Hələ bütün rayon əhlinin üzünü sabunladığı o pomazok! Sürtdüyü sabun ağız-burnuma dəydikcə lap iyrənirdim. Fikirləşirdim, görəsən, o pomozokla bizdən əvvəl neçə qoturun, danışanda ağzından tüpürcək tökülən neçə ağsaqqalın üzünü təraş eləyib? Balaca butkadasəsləndirilən bayağı musiqi də ki, öz yerində. Oturduğum yerdə ürəyim bulanırdı. Nə isə, toya getdiyimizə görə dəlləyin pulunu artıqlaması ilə verdik. Toyun səhərisi günü üzüm xırda-xırda yara tökmüşdü. Odu-budu, bərbərə üz qırxdırmıram. Yalnız saç! Neyniyək, əlac yoxdu, saç uzanan kimi bərbərə getməli oluruq.
Mən, bir qayda olaraq, saçlarımı səliqəyə salarkən bərbərlərə bəribaşdan xəbərdarlıq edirəm: mənə ülgüc vurma, yalnız qayçı və elektrik maşınka! Sonda pısqırtdığın odekolon, yağladığın krem də lazım deyil!
Ona görə Bakının hansı səmtində yaşadımsa, mütləq istəklərimə hörmət və riayət eləyən, yersiz ora-buramı qırxmayan, gigiyenası məqbul sayılan bərbər tapıram. Ən əsas şərtlərdən biri də budu ki,ağzı iylənməsin!
Başıma çox gəlib! Səliqəli, eleqant görünən stolunda oturdub boynuma ağı dolayandan sonra bilmişəm ki, bu bədbəxtin ağzından pis qoxu gəlir. Tərs kimi də belələri iş görə-görə danışanda düz sənin burnuna tərəf püskürür. Digəl, bütün proses boyu dözginən!
Fikrimcə, masonlardan sonra dünyada ən mütəşəkkil və gizli təşkilat bərbərlərinkidi.Bərbərlər dəhşət qısqanc olurlar. Nola, birinə saçını düzəltdirəsən, vəssalam! Ömrü boyu qayçısını şaqqıldada-şaqqıldada səni gözləyəcək, axtaracaq, güdəcək, arxancareket göndərəcək, haker tutub izlətdirəcək. Bir də, bərbərlərin yazılmamış gizli qanunları var: bacardıqca çox qırxmaq! Yəni stolunda oturan müştərinin üz-başını qırxıb bitirdikdən sonra onun burnunun üstünü, içini, qulağının hər tərəfini, qaşlarınıtəraş etməli, boynunun ardını da kürəyinə qədər qırxmalısan ki, müştəri mümkün qədər çox tüklənib məhsul versin.
Ülgücü, heç nə olmamış kimi, yeniyetmə müştərilərin bakenbard yerindən aşağı sürüşdürməlisən ki, onlar da tez tüklənsinlər. Nə başınızı ağrıdım, bərbərlərin dəyişilməz bir devizi var: Tük bərəkətdi!
Bir dəfə üzüyumşaq bir dostum dedi, dəlləklər qulaqlarımı yersiz qırxmaqdantükləndirib məni meymuna döndəriblər. Dedim, qəti onlara azadlıq vermək olmaz. Yoxsa oturan kimi hər yerini qırxmağa çalışacaq.