11 Sentyabr 2014 17:42
3 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Və ya bir sadə hadisənin göstərikləri....

Yunis Dürüst

Bir müddətdir ki, cəmiyyətin aynası olan "facebook"-da dindar insanları izləyirəm. Və ya belə deyək, özlərini dindar kimlikdə görənləri...

Müşahidələrə əsasən demək mümkündür ki gerçəkdə, sanıldığından xeyli az dindar vardır bizim ölkədə...Baxma ki saqalı var, əlində əqiq üzüyü var və ya başında hicabı var, amma iş praktikaya gələndə, yəni sözlə dediyini, əməldə icra etməyə gələndə, artıq işin rəngi dəyişir...Sözün açığı, bizim toplumda həqiqi dindar sayısı, özünü dindar hesab edənlərin bəlkə də 3-5 faizi olar ya olmaz...

Çox əlaqmətdardır ki bu gün “facebook”-da görünən tendensiya budur ki filan bir intellektual dindar, hansısa məsələyə dair bir fikir dedikdə və bu fikirlər, yayğın nəzərdəki oturuşmuş düşüncəyə zidd olduqda, onlar dərhal başlayırlar bu adamın üstünə düşməyə...Demirlər ki sənin belə düşünmənə səbəb nədir, deyirlər ki "sən özündən Amerikamı kəşf edirsən, axına qoşul, otur yerində!"...Beləliklə hansısa bir elm sahibi dindar, hansısa məsələyə dair fərqli bir nüansı müzakirəyə qoyarkən, başqa dindarlar isə bu səfər həmin dindarın özünü müzakirəyə qoyub onun qeybətini qırırlar...

Məsələn, bu bün Azərbaycanın dini cameəsində, Hacı Şahin Həsənli, Elşən Mustafaoğlu, Emin İmanlı kimi, sayları çox az olan bir neçə gerçək dindar və düşüncə sahibi var. Onlar hansısa məsələyə dair, ictimai nəzərdə doqma kimi qəbul edilən fikir dedikdə, kəskin əks-reaksiya ilə qarşılaşırlar...Onlar, sayca azlıqda olduğu üçün, qaragüruh çoxluq, onların üstünə "hücum çəkməkdə" özlərində, daha böyük əminlik hiss edirlər...Deyirlər ki biz çoxluqdayıq, ona görə də yalnız çoxluğun fikri düz ola bilər....

Məsələn bir nüansı qeyd edək. Bizim dindarlar, sözdə metafizikiya inanırlar, gördüyümüzdən ötə bir aləmin olduğunu deyirlər amma praktikada isə hansısa qeyri-adi görünən bir şeylə qarşılaşqdıqda, nə hikmətsə dərhal inkar edirlər...

Materyalist, maddəçi bir düşüncəyə meylli insanın, metafiziksəl hansısa bir şeyi qəbul etməməsi anlaşılandır amma özünü dindar kimi təqdim edən insanların, metafiziksəl hansısa bir şeyi, bəribaşdan rədd etməsi gerçəkdən ibrətamiz və ilgincdir...

Bir real misal göstərəcəm, hansı ki bu yaxınlarda baş vermişdir.

Demək bu yaxınlarda bəndəniz, Hacı Şahin Həsənli barədə bir fikir qeyd etmişdim. Onun əsas keyfiyyətlərini, imkan daxilində ifadə edən bir şərh bildirmişdim bir səhifədə...Eyni zamanda, mənim fikrimcə sahib olduğu bəzi qeyri-adi özəlliklərini bildirmişdim...

Və bir neçə gün sonra mənə xəbər verdilər ki bir qrup insan, daha doğrusu onlarla dindar, ağız birliyi edərcəsinə, sizi məsxərəyə qoyub deyir ki siz şarlatansız və s...

Dedim bəs nəyi səbəb göstərirlər?..Dedi ki bildirdiyiniz fikirlərdə, insanın sifət ifadəsinə əsasən onun daxilini çözə bilmənizi qeyd edirsiz...Və Hacı Şahin Həsənli barədə yazdığınız qeyri-adi özəlliklər, onları özündən çıxarıb...

Dedim Hacı Şahin barədə nə demişəm? Dedi ki söyləmisiz ki o, mələkut aləminə yüksəlib və s. Dedim ki mələkut aləmi nədir, əvvəlcə bunu bilmək gərəkir...Mələkut aləmi; qeybi olan, başqa sözlə desək, metafiziksəl olan deməkdir.

Kəramət sahibi, arif bir insan əgər adi halda bilinəməyəcək şeyləri bilirsə, qeybi bəzi bilgiləri bilirsə demək ki zatən o, mələkut aləminə yüksəlib...

Dedim ki yaxşı indi etirazları nəyədir?..Belə bir şeyin mümkün olmasına yoxsa sadə bir insanın bu qabiliyyətə sahib olmasına?...

Dedi ki elə hər ikisinə.... Dedim aydındır...Mən nə deyə bilərəm ki?....

Metafizikaya inananların, belə bir şeyi qəbul etməməsi, gerçəkdən ilginc və əcaib deyilmi?...

Digər tərəfdən isə sadə bir insanın bunu bacara biləcəyini də qəbul etməmək də eyni qədər əcaib və qəribədir....

Sonda dedi ki bəs necə düşünürsüz, bunlar niyə belə edirlər, hətta qızışıb söyürlər, təhqir edirlər?...Dedim ki bəs bu qədər adamın yazdıqları qarşısında, əks-arqument kimi, normal və məntiqli bir fikir söyləyən olmadımı?... Dedi oldu amma onun şərhini sildilər...

Dedim nə yazılmışdı o şərhlərdə?.. Dedi ki eynilə sizin verdiyiniz suallara oxşar suallar vermişdi.

Dedim aydındır məsələ...

Dedi ki yaxşı, indi onlar dediyini deyirlər siz də dediyinizi deyirsiz, bəs belə olan halda, həqiqət, yenəmi aydınlaşmayacaq?...

Dedim ki bu, elə bir qabiliyyət və bacarıqdır ki əvvəla mən bunun, kimdəsə olmasını, çox da möcüzəvi, qeyri-adi hesab etmirəm...Amma bəzi məsələr var ki onun real bir isbatı, konkret sübutu yoxdur...Və bu məsələ də metafiziksəl olduğu üçün, bunun, fiziki və birbaşa sübutu ola bilməz...Bu kimi olayları yalnız nəticəsindən bilmək olar....

İndi bu məsələnin də yeganə sübutu var: real həyatda, heç tanıya bilməyəcəyim, istənilən bir adamın, keyfiyyətli və yaxından çəkilmiş bir neçə fotosunu mənə göndərsinlər və mən də o kəs barədə, onun xarakteri, mahiyyəti barədə məlumat verim...Beləliklə də belə bir qabiliyyətin, yəni insanın sifət ifadəsinə əsasən onun xarakterini çözməyin mümkün olub olmadığını görsünlər...

Qurani-Kərim demişkən, əgər doğru sözlü isəniz, buyurun, bu da meydan...

Yox əgər bundan qaçırlarsa, demək ki yalançıdırlar.... Demək ki Haqqa, həqiqətə hələki tam iman etməmişlər...

Belə...Çox təəssüf ki dindarlarımızın mütləq əskəriyyəti, əməldə deyil sözdə dindardır...Kaş ki sözün deyil, əməlin, hərəkətin - dindarlığın, real göstəricisi olduğunu biləydilər!...


Müəllif: