4 Yanvar 2023 19:35
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Simpsonslar" cizgi filminin musiqi redaktoru Kris Ledesma vəfat edib.

Teleqraf.com “The Variety” nəşrinə istinadən xəbər verir ki, Ledesma 64 yaşında dünyaya gözlərini əbədi yumub.

Cizgin filmin televiziyada yayımı zamanı Ledesmaya həsr olunmuş görüntü nümayiş etdirilib. Beləki, kadrda filmin qəhrəmanları Bart, Maqqi və Lisanın musiqi alətlərində ifası zamanı, əlində dirijor çubuğu tutan cizgi personajı görünür. Həmin vaxt efirdə "Kris Ledesmanın xatirəsinə" sözü yazılıb.

Kris Ledesma 1989-cu ilin ilk mövsümündən bəri "Simpsonlar" üzərində işləyir.


Müəllif: Pərvin Cəfərova