Dünyaya yenicə göz açan əkizlərdən biri ölü doğulsa da, anasının qucağında dirilib.
Əkizlərdən birinin cansız olduğunu görən ana göz yaşları içərisində onu bağrına basıb.
Elə bu vaxt sanki möcüzə baş verib. Qəfildən köpə ağlamağa başlayıb və bu dəfə anasının xoşbəxtlikdən göz yaşı axıtmasına səbəb olub.
Xatırladaq ki, baş verən bu heyrətamiz hadisə hamını, eləcə də həkimləri çox təəccübləndirib.