Macarıstanda 2016-cı ilin dekabrından bu günə qədər soyuq hava səbəbindən ölənlərin sayı 80-ə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Macarıstan Sosial Forumunun rəhbəri Endre Simo məlumat verib.
Onun sözlərinə görə, ölənlərdən 27-si şəxsi evlərində soyuqdan donublar. Bu rəqəm 2015-ci ildəki statistikadan 2 dəfə çoxdur.
Simo bildirib ki, kasıb olduqları üçün insanların əksəriyyəti evlərinin qızdırılmasında maye qazdan istifadə edirlər: "Bir çoxlarının buna pulu çatmır və dövlətin onlara kömək etməsi çox vacibdir".
Samir