10 İyul 2014 10:21
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) Elazığ vilayətinin Keban kənd bələdiyyəsinin keçmiş sədri Ramazan Çelikin 32 yaşlı oğlu Alparslan Çelik türkmənlərlə birlikdə İŞİD-ə qarşı savaşmaq üçün İraqa gedib.



Teleqraf.com "İstiqamet.com"a istinadən xəbər verir ki, Alparslan Çelik türkmənlərlə birlikdə əlində silah olan fotosunu yerləşdirib. Atası Ramazan Çelik oğlu ilə qürur duyduğunu deyib: "Lazım gələrsə, mən də gedərəm".


1994-1999 və 2004-2009-cü illərdə Keban bələdiyyəsinin sədri olmuş MHP üzvü oğlunun İraqa getdiyini təsdiqləyib. Çelik, "40 ildir türk ulusu olaraq, bayraq, turan ülküsü ilə yoğrulduq. O da mənim oğlum və 32 yaşında bir insan. Orada qardaşlarımız darda, Vətən, bayraq və qardaşlıq üçün plməyəcəyiksə, nə üçün pləcəyik. Oğlum mənə "ata gedirəm" dedi. Mən də "get. Şəhid olana qədər savaşacaqsan, lazım gələrsə mən də getməyə hazıram" deyə bildirib.


Ramazan Çelikin üç qızı, bir oğlu var.

Ayxan


Müəllif:

Oxşar xəbərlər