Rusiyayönlü separatçılar Malayziyanın "Boinq" təyyarəsini vurmaq üçün istifadə etdikləri hava hücumundan müdafiə sistemini Rusiyadan əldə ediblər.
Teleqraf.com-un xəbərinə görə, bunu CNN-in canlı efirinə qatılan ABŞ Dövlət katibi Con Kerri bəyan edib: "Bütün dəlillər təyyarəni separatçıların vurduğunu göstərir".
Kerri həmçinin bildirib ki, iyulun 17-də təyyarəyə atəş açılan sistem "Buk" SA-11 adlanır: "Biz əminik ki, həmin gün hadisənin baş verdiyi ərazidə Ukrayna ordusuna məxsus belə bir raket sistemi olmayıb".
Nihad