İsrailin Qəzzaya hücumları zamanı vəziyyətdən xəbər tutmaq üçün bölgəyə gedən BMT sözçüsü Kris Ginnes canlı yayımda ağlayıb.
Məlumata görə, “Əl-Cəzirə Ərəbcə” kanalına müsahibə verən BMT sözçüsü özünü saxlaya bilməyib. Belə ki, müsahibə zamanı: “Fələstinlilərin hüquqları tapdalanır. Bu, çox qorxulu vəziyyətdir” deyəndən sonra hıçqıra-hıçqıra ağlayıb.
BMT sözçüsü müsahibəyə davam edə bilmədiyi üçün canlı yayım bitib.
Xatırladaq ki, Ginnes BMT-dən əvvəl “BBC”də müxbir olaraq işləyib.
/publika.az/