Avropanın daha 5 ölkəsi Rusiyaya qarşı qəbul edilmiş sanksiyalara qoşulub.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu ölkələr Albaniya, Çernoqoriya, İslandiya, Lixtenşteyn və Norveçdir. Onlar Avropa İttifaqının (Aİ) qəbul etdiyi sanksiyalara qoşulmaq üçün artıq müraciətlərini ediblər.
Qeyd edək ki, Aİ sentyabrın sonunda Rusiyaya qarşı qəbul edilmiş qadağaları sərtləşdirib. Əsas məqsəd rus mallarının və kapitalının xarici bazarlara çıxarılmasının qarşısını almaq və sanksiyaların digər Avropa ölkələrinə də yayılmasını təmin etmək olub.
Samir