İranın cənubunda yerləşən Fars vilayətinin Hesami şəhəri və 7 kənd leysan yağışları səbəbi ilə ötən gecə boşaldılıb.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Fars vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Xəlil Abdullahi deyib.
Onun sözlərinə görə, həmçinin Bəxtəqan rayonunda 2,3 min əhalisi olan Kuşk kəndi boşaldılıb.
Abdullahi deyib ki, daşqınlar səbəbi ilə vilayətin Kazerun rayonunda 6 kəndi də boşaldıla bilər.
Qeyd edək ki, ötən gün İranın cənub-şərqində Kirman vilayətinin Dehəc şəhəri daşqınlar səbəbi ilə boşaldılıb.