26 Avqust 2022 10:57
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün Türkiyə ilə əldə olunan razılaşma çərçivəsində bu iki ölkənin lazımi addımları atıb-atmadığını izləmək üçün qurulan Daimi Müştərək Mexanizm bu gün Finlandiyada ilk iclasını keçirəcək.

Teleqraf.com xəbər verir ki, iclasda Türkiyə nümayəndə heyətinə prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal rəhbərlik edəcək.

Türkiyənin bu iki ölkədən ekstradisiyasını istədiyi terrorçularla, xüsusilə FETÖ və PKK üzvləri ilə bağlı bu günə qədər hər hansı bir gəlişmə olmayıb. İclasda Türkiyənin tələbləri, xüsusilə də terrorçuların ekstradisiya edilməsi və terror təşkilatının bu ölkələrdə fəaliyyətinə icazə verilməməsi gündəmə gətiriləcək və tələblər yerinə yetirilməzsə, NATO-ya üzvlük prosesinə veto məsələsi bir daha vurğulanacaq.

Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının mütəxəssis heyəti toplantıya PKK/YPG terror təşkilatına dair 350 səhifəlik hesabatla qatılacaq.

İsveç indiyə qədər yalnız Türkiyənin fırıldaqçılıq ittihamı ilə axtardığı Okan Kalenin ekstradisiyasına qərar verib. Həmçinin 8 il əvvəl sığınacaq üçün müraciət edən və 6 ay əvvəl müraciəti rədd edilən 26 yaşlı Zinar Bozkurt da deportasiya ediləcək. Bozkurt PKK-ya üzvlükdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər