Moldovanın “Fəaliyyət və Həmrəylik” Partiyası qarşıdan gələn prezident seçkilərində ölkənin hazırkı Prezidenti Maya Sandunun namizədliyini irəli sürəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat verilib.
“Avqustun 22-də imza toplamaq və Maya Sandunun prezident seçkilərində namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun yaradılması üçün iclas keçiriləcək”, - məlumatda deyilir.