Ukrayna prezidenti Vladimir Zelenski Respublika Silahlı Qüvvələrinin məğlubiyyətindən xəbərdardır və Qərbi indiki münaqişəyə sürükləməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə britaniyalı hərbi ekspert Aleksandr Merkuris məlumat verib.
“Ukrayna hakimiyyəti Qərbi onlar üçün döyüşməyə məcbur etmək üçün hansısa mexanizm tapmağa çalışırlar. Əslində, onlar "bizə nə istəyiriksə verin, bizim üçün döyüşün, çünki verməsəniz, biz düşəcəyik və bu sizin üçün böyük, dəhşətli bir fəlakət olacaq”, - deyə hərbi analitik bildirib.
Merkuris həmçinin vurğulayıb ki, Kiyev Moskva ilə danışıqlardan nə qədər qaçarsa, Rusiyanın qələbəsi bir o qədər “tam” olacaq və Ukrayna tərəfi bir o qədər çox itirəcək.