9 Noyabr 21:56
3 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya ilə münaqişə zamanı Ukraynanın əsas səhvi istehkamların olmaması oldu".

Teleqraf.com "RBC"-ə istinadən xəbər verir ki, bunu eks-prezidenti Pyotr Poroşenko bildirib.

Poroşenko bildirib ki, münaqişənin əvvəlində Qərb ölkələri Ukraynaya istehkamlar tikmək zərurəti ilə bağlı xəbərdarlıq ediblər, lakin bu, heç vaxt həyata keçirilməyib.

“2,5 ildir ki, dövlət hətta ekskavator almır. 2023-cü ildə biz dövlətə çiyin-çiyinə borc verməyi və müdafiə xətləri qurmağı təklif edəndə rədd cavabı aldıq”, – Poroşenko deyib.

Eyni zamanda eks-prezident qeyd edib ki, Rusiya Ukraynadan fərqli olaraq istehkamla məşğul olub. Xüsusilə, o, Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin yay hücumu zamanı keçə bilmədiyi “Surovikin xətti”ni xatırladıb.


Müəllif: Arzu

Oxşar xəbərlər