00:49
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramazan Kadırov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ABŞ-dan Kiyevə maliyyə yardımını dayandırmaqla Ukraynadakı münaqişəni sonlandırmaq vədinə əməl etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bunu "Telegram" kanalında yayımlanan respublika sakinləri ilə birbaşa əlaqə zamanı deyib.

“Əgər o, kişidirsə, deməli, bütün dünyaya kişi olduğunu sübut etməli, sözünün üstündə durmalıdır. Onun sözünün üstündə duracağına inanırıq. O, söz verdi ki, 24 saat ərzində müharibəni dayandıracaq”, - Kadırov bildirib.

Çeçenistan rəhbəri Trampın 24 saat ərzində münaqişəni dayandıra biləcəyinə də şübhə edib.


Müəllif: Arzu

Oxşar xəbərlər