Suriyada Bəşər Əsəd rejiminin qərarı ilə Dəməşqin Şərqi Quta bölgəsində əli silah tuta bilən kişilər şübhəli şəxs qismində saxlanılırlar. Kütləvi repressiyalar və zorakılıq faktlarına görə gənclər sürətlə bölgəni tərk edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumata görə, kütləvi həbslər müxalif qrupların Hələb və İdlibdən sonra Tel Rıfatı ələ keçirməsindən sonra geniş vüsət alıb.