6 Dekabr 14:45
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın silahlı müxalif qruplarının hücumunun başlamasından sonra Homs sakinləri şəhəri tərk etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Artıq minlərlə suriyalının hökumət qüvvələrinin müdafiə edə bilmədiyi Homsdan getdiyi bildirilir.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu deyir ki, minlərlə insan hökumətin qalası sayılan qərb sahil bölgələrinə qaçmağa başlayıb.

Suriya ordusunun zabiti bildirib ki, Rusiya hərbi aviasiyasının bombardmanı müxalifətin ondan istifadə etməməsi üçün Homsa gedən əsas yol olan M5 şossesi üzərində yerləşən Rustan körpüsünü dağıdıb.

Hücuma rəhbərlik edən “Heyət Təhrir əş-Şam” Hərəkatı artıq paytaxt Dəməşqi şimal və sahil boyunca birləşdirən yolun kəsişmə nöqtəsi olan Homsa daxil olub.

Vilayətin şimal əraziləri, eləcə də Talbis və Rastan rayonları müxaliflər tərəfindən ələ keçirilib.

Müxaliflər bundan əvvəl ardıcıl hücumlarla Hələb və Həma şəhərlərini ələ keçiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər