“Hizbullah” terror təşkilatı silahlı müxalifətin strateji əhəmiyyətə malik Homs şəhərini ələ keçirməsinin qarşısını almaq üçün Suriyaya hərbi qüvvə göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın təhlükəsizlik mənbələri “Reuters”ə bildiriblər.
Suriya və İran rəsmiləri də agentliyə deyiblər ki, “Hizbullah”ın xüsusi təyinatlı qüvvələri Livandan keçərək, Homsda bəzi mövqelərdə yerləşiblər.
Livan təşkilatı müxalifətlə müharibədə Bəşər Əsəd rejimini dəstəkləyir.