6 Dekabr 15:00
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Salome Zurabişvili öz müstəqilliyindən imtina edib xarici agent olan kimi özünü nüfuzdan tam saldı”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.

O, S.Zurabişvilinin artıq aktual olmadığını bildirib.

“Siz xarici agent olanda sizi istənilən tapşırığı gözübağlı yerinə yetirməyə məcbur edirlər. Məktəblərə qarşı kampaniyada məhz bu baş verdi. O, tamamilə əxlaq qaydalarına zidd kampaniyada bilavasitə iştirak etdi.

Bugünkü günü çıxsaq, onun üç cüməsi qalıb, səlahiyyət müddəti tezliklə başa çatır. Salome Zurabişvili liberal faşizmin insanlarla nə etdiyinin yaxşı nümunəsidir”, -İ.Kobaxidze söyləyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər