Tbilisidə Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin ailə üzvünə məxsus evində axtarışlar zamanı gizli saxlanc yerində onlarla qeydiyyata alınmış və qeydiyyatsız odlu silah aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmçinin səsboğucular, patronlar, kompüter texnikası və yadddaş kartı da müsadirə edilib.
Qeyd olunub ki, həmin evdə son illər D.Kezeraşvilinin həyat yoldaşının qardaşı, Vahid Milli Hərəkat Partiyasının ictimaiyyətlə əlaqələr üzrə katibi Dmitri Çikovani yaşayıb.