Ukrayna Müdafiə Nazirliyi gələn il ordunu 30 min uzaq mənzilli pilotsuz uçuş aparatı ilə təchiz etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə hərbi idarə öz "X" hesabında məlumat yayıb.
“Bu yeni nəsil pilotsuz təyyarələr uzaq məsafələrdə avtonom şəkildə fəaliyyət göstərə və düşmən hədəflərini yüksək dəqiqliklə vura bilir”, - hesabatda bildirilir.
Ukrayna Müdafiə Nazirliyi istehsal qismən xarici tərəfdaşlar tərəfindən maliyyələşdirildiyini bildirib.