6 Dekabr 19:05
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlət başçısı Vladimir Putindən respublika ərazisində “Oreşnik” sisteminin yerləşdirilməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, iki ölkə lideri arasında söhbət rəsmi sənədlərin imzalanmasından sonra baş tutub.

“Mən sizdən açıq şəkildə xahiş etmək istəyirəm ki, yeni silah sistemləri, ilk növbədə, “Oreşnik” Belarus ərazisində yerləşdirilsin” - Lukaşenko deyib.

Lukaşenko ölkədə bu silahların yerləşdirilməsi üçün müəyyən ərazilərə malik olduğunu deyib. Eyni zamanda, onların tətbiqi ilə bağlı məqsədlərin Belarusun hərbi-siyasi rəhbərliyi tərəfindən müəyyən ediləcəyini vurğulayıb.

Putin “Oreşnik”in Belarusda yerləşdirilməsini mümkün qiymətləndirib və onu quraşdırmazdan əvvəl bu komplekslərin minimum diapazonunu müəyyən etmək lazım oldunu qeyd edib.

O, həmçinin əlavə edib ki, “Oreşnik”in Belarusda yerləşdirilməsi xərcləri minimal olacaq. Putinin sözlərinə görə, Oreshnik Rusiya Strateji Raket Qüvvələri kompleksinin bir hissəsi olacaq , lakin onun məqsədlərini müəyyənləşdirmək Minskdə qalır.


Müəllif: Arzu

Oxşar xəbərlər