6 Dekabr 20:12
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz gürcü xalqına qarşı zorakılığın tətbiqini kəskin şəkildə pisləyirik və Gürcüstan hakimiyyətini zorakı hərəkətləri dayandırmağa çağırırıq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniya, Latviya, Litva və Polşa prezidentlərinin birgə bəyanatında deyilir.

Dövlət başçıları bildiriblər ki, hakim “Gürcü Arzusu” partyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək dayandırılması barədə bəyanatını dərin məyusluqla qəbul edirlər.
Prezidentlər avrointeqrasiya yolunda gürcü xalqına öz dəstəklərini bir daha təsdiqləyiblər.

Qeyd edək ki, Litva mətbuatı Baltikyanı ölkələrin dövlət başçılarının Gürcüstana dekabr ayında birgə səfər etməklə bağlı müzakirə apardıqları barədə məlumat yayıb. Bildirilib ki, prezidentlər bu məsələni polşalı həmkarları ilə müzakirə edirlər, lakin qəti qərar hələ qəbul olunmayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər