Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin Dohada görüşü olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 22-ci Doha forumu çərçivəsində Suriyada nizamlanma üzrə Astana formatında keçirilən görüşdə iştirak edib.
***
15:23
Qətərin paytaxtı Dohada Suriyadakı vəziyyətlə bağlı danışıqlar başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Suriyadakı eskalasiya fonunda keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçinin iştirak edir. Danışıqlar qapalı formatda aparılır.