8 Dekabr 10:35
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası gələn fevralın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində ilk dəfə olaraq Kansler vəzifəsinə namizədini müəyyənləşdirib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, AfD-nin həmsədri, 45 yaşlı Alis Vaydelin partiyanın idarə heyəti tərəfindən Kansler vəzifəsinə uyğun görülüb. A.Vaydel və digər həmsədr Tino Krupalla qərarı dekabrın 7-də AfD-nin ofisində keçirilən mətbuat konfransında elan ediblər.

Ölkədə aparılan son rəy sorğuları nəticəsində AfD-nin reytinqi 19 faiz olaraq dəyərləndirilir. AfD ancaq 32 faiz reytinqə malik Birlik (CDU-CSU) partiyalarından geri qalır. A.Vaydel Kansler vəzifəsinə namizədliyini məhz bu göstərici ilə əsaslandıraraq bildirib: “Biz ölkənin ikinci ən böyük qüvvəsiyik, hökumətə iddiamız məhz bundan irəli gəlir”.

Lakin buna baxmayaraq, A.Vaydelin hökumət başçısı olmaq şansı yoxdur. Çünki bütün digər partiyalar AfD ilə əməkdaşlıqdan imtina edir.


Müəllif: Mahir

Oxşar xəbərlər