Gürcüstan Prezidenti Salome Zurabişvili Parisdə fransalı həmkarı Emmanuel Makron və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla söhbət edib.
Teleqraf.com xəbər verir ki, müzakirələr ötən gün Notr-Dam kilsəsinin açılış mərasimində aparılıb.
S.Zurabişvili “X” hesabında bu barədə yazıb:
“Prezidentlər Tramp və Makronla Gürcüstanda oğurlanmış seçkilər və gürcü xalqına qarşı son dərəcə narahatedici repressiyanı müzakirə etdik. ABŞ tərəfindən güclü dəstəyə ehtiyacın olduğu vurğulanıb. Gürcü xalqının Donald Tramp kimi dostu var”.