8 Dekabr 13:44
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Suriyada baş verən hadislər fonunda Qolandakı bir neçə bölgəni qapalı zona elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun yüksək rütbəli hərbçiləri məlumat veriblər. Ərazidə yerləşən bütün məktəblərdə dərslər dayandırlıb, tədris distant rejmə keçirilib.

Xatırladaq ki, Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş "Altı günlük müharibə" zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etsə də, beynəlxalq təşkilatlar bu ərazini işğal olunmuş Suriya ərazisi hesab ediblər. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olub.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər