Ötən gün Tbilisidə keçirilən etiraz aksiyasında 14 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib.
Tibb müəssisələrinə yerləşdirilmiş həmin şəxslərin 10-u aksiya iştirakçısı, 2-si Daxili İşlər Nazirliyinin əməkdaşı, digər 2-si isə media nümayəndəsidir. Onların üçünün klinikalarda həkim nəzarəti altında müalicələri davam etdirilir, həyatlarına təhlükə yoxdur.