8 Dekabr 17:03
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın silahlı müxalifətinə daxil olan “Həyat Təhrir əş-Şam” qruplaşması terror təşkilatları siyahısından çıxarıla bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen məlumat verib.

“Biz Suriyada baş verənləri çox diqqətlə izləyirik. Bütün silahlı qruplar siyahıdan çıxarılmaq istəsələr, onların riayət etməli olduqları müəyyən prosedurlar var. Onlar qaydalara əməl etməklə, bu yöndə addım atmaq olar. Dəməşqdə silahlı toqquşmaların dayanacağına ümid edirəm".

Qeyd edək ki, “Həyat Təhrir əş-Şam” qruplaşması və onun müttəfiqləri noyabrın sonunda Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıblar. Dekabrın 7-də axşam saatlarında onlar bir neçə böyük şəhəri ələ keçiriblər. Bazar günü səhər saatlarında Dəməşqə daxil olduqdan sonra hökumət qüvvələri açıq-aşkar müqavimət göstərmədən şəhəri tərk ediblər. Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər