Birləşmiş Millətlər Təşkilatı (BMT) Dəməşqdəki işçilərini ixtisar edəcək və artıq prosesə başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT əməkdaşlarının Suriyadan təxliyəsi ilə bağlı məlumatı şərh edən qurum əməkdaşı TASS-ın müxbirinə məlumatında deyib: “Biz müvəqqəti olaraq Dəməşq ərazisində şəxsi heyətimizin sayını azaldırıq".
Rəsmi bildirib ki, qərar müxalif qüvvələrin Dəməşqi ələ keçirməsindən sonra verilib.