8 Dekabr 20:31
23 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın devrilmiş prezidenti Əsəd və onun ailə üzvləri Moskvaya gəlib, Rusiya Federasiyası onlara sığınacaq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS Kremldəki mənbəyə istinadla məlumat yayıb.

"Rusiya onlara “humanitar səbəblərə görə” sığınacaq verib", məlumatda bildirilir.

***

İran xarici işlər naziri Abbas Arakçi Qətərdə olarkən əmir Şeyx Temim bin Hamad Al Saninin uyğun sualına cavab olaraq Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin yerini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Şeyx Temim bin Hamad Al Sani Abbas Arakçi ilə görüşdə "Əsəd indi İrandadırmı" sualına nazir "bəli İrandadır" cavabını verib.

Türkiyənin "Haber7" nəşrinin məlumatına görə, Qətərdəki dialoq və Rusiyanın son yaydığı xəbər fonunda Əsəd Suriyadan İrana, oradan isə Rusiyaya gedib.

Lakin bu səfərin nə zaman və hansı rotasiya ilə edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.


Müəllif: Ayxan

Oxşar xəbərlər