Ukraynanın Dneprvilayətinin Pavloqrad şəhərində sovet alimi, tank və traktorçu İosif Kotinin abidəsi sökülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Abidə 50 ton ağırlığında olub. Abidənin sökülməsi üçün Dneprdən xüsusi kran gətirilib.
Noyabrın 29-da məlum olub ki, Dneprdə həmçinin rus yazıçısı Lev Tolstoyun abidəsi sökülüb .
2015-ci ildən Ukrayna “Kommunist və nasist rejimlərinin pislənməsi haqqında” qanun çərçivəsində dekommunizasiya siyasətini həyata keçirir. Qanun hər hansı şəkildə Sovet İttifaqı ilə bağlı olan bütün topoqrafik obyektlərin adlarının dəyişdirilməsini, eləcə də abidələrin sökülməsini və xatirə lövhələrinin sökülməsini nəzərdə tutur.